PDF Oxu

İqtisadiyyat

  • 531

ÜTT-yə qoşulmağın Azərbaycan üçün əhəmiyyəti

ÜTT-yə qoşulmağın Azərbaycan üçün əhəmiyyəti

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulması asan proses deyil. Əsas olan şərtlərin ölkəmizə, qeyri-neft sektoruna xələl gətirməməsidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.Onun sözlərinə görə, Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya mütəmadi olaraq bu işlə məşğul olur: "ÜTT-yə üzvolma prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya yaradılıb. Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev həmin komissiyaya rəhbərlik edir. Komissiya mütəmadi olaraq bu işlə məşğul olur və hazırda təşkilata üzv olan dövlətlərlə ikitərəfli danışıqlar aparır. Danışıqlar zamanı Azərbaycanın əmtəə və xidmətlər bazarına çıxışına dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür".Təşkilata qoşulmağın müsbət tərəflərindən danışan V. Əhmədov qeyd edib ki, ÜTT inhisarçılığın, monopoliyanı aradan qaldırır ki, bu da bir çox problemlərin həllinə şərait yaratmaqla yanaşı, daxili bazarda müəyyən stabillik yaradır: "ÜTT-yə daxil olduğumuz zaman gömrükdə istədiyimiz rüsumu qoya bilməyəcəyik. Bəzi dövlətlər ora daxil olarkən 3 və ya 5 il müddətinə öz rüsumlarının tətbiqi ilə əlaqədar razılaşma əldə edirlər, lakin zaman bitdikdən sonra istənilən məhsulu öz ərazinə buraxmalı və bununla əlaqədar heç bir problem olmamalıdır. ÜTT-yə daxil olmağın müsbət tərəfləri çoxdur. Bunun üçün ölkənin ixrac yönlü məhsulları çox olmalı, idxal olunan məhsullardan asılılıq az olmalıdır. Belə olan halda, təşkilata qoşulmaq öz bəhrəsini verə bilər. Lakin hələlik bəzi proseslər öz həllini tapmadığı üçün təşkilata qoşulmaq prosesi tələsdirilmir. ÜTT-yə qoşulmaq üçün tam hazır olmalıyıq".

sia.az

Digər xəbərlər