PDF Oxu

İqtisadiyyat

  • 70

Rövnəq Abdullayev: "Gürcüstana nəql olunacaq qazın həcmi artırılacaq" AÇIQLAMA

Rövnəq Abdullayev: "Gürcüstana nəql olunacaq qazın həcmi artırılacaq" AÇIQLAMA

"Əvvəl biz Gürcüstana satdığımız qazın 60%-ni qışda, 40%-ni isə yayda ötürürdük. Amma indi biz 70%-i qışda, 30%-i yayda ötürəcəyik". SİAxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.SOCAR prezidenti bildirib ki, Azərbaycan Gürcüstana nəql olunacaq qazın həcmini artıracaq: "Bilirsiniz ki, texniki imkanlar yetərli deyildi. Biz bu məsələni "Şahdəniz" konsorsiumu ilə müzakirə etdik. Təbii ki, qışda qaza tələbat artır. Biz "Şahdəniz" konsorsiumundan qaz alırıq və o qazın bir qismi daxili bazara yönəldilir, bir hissəsini isə Gürcüstan və Türkiyəyə satmaq ixtiyarımız var. Bununla biz əlavə olaraq "Şahdəniz" xətti ilə 500 mln. kubmetr qazın Gürcüstana nəql olunmasını təmin etdik. Gürcüstana əsasən 800 mln. kubmetr həcmində "Şahdəniz" qazı verilirdi. Bu rəqəmi biz 1,5 mlrd. kubmetrə qədər çatdırdıq. Bununla yanaşı, "Qazax" xətti ilə 1,5 mlrd. kubmetr həcmində qazın nəql olunması imkanı yarandı. Beləliklə, biz hazırkı və gələcək tələbatı ödəyə bildik".

sia.az

Digər xəbərlər