Yanvarda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 666,9 milyon manat olub.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, artımın 64,5 faizini hüququ şəxslər təmin edib və onlar tərəfindən əhaliyə 497,0 milyon manatlıq xidmət göstərilib. Bu, keçən ilin müvafiq göstəricisini 3,1 faiz üstələyib.Bu ilin yanvarında hər bir ölkə sakini orta hesabla 69,5 manatlıq müxtəlif pullu xidmətdən istifadə edib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...