Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.Görüşdə "Şərq-Qərb" multimodal nəqliyyat dəhlizinin inkişafı: regiondakı mövcud nəqliyyat infrastrukturu ilə tanışlıq, potensilların və perspektivlərin qiymətləndirilməsi; Marketinq və yükdaşıma bazarının öyrənilməsi, tranzit yüklərin cəlb olunması üzrə birgə fəaliyyət, birgə nəqliyyat-logistika şirkətlərinin yaradılması və tranzit yük axınının artırılması üzrə birgə tədbirlərin işlənib hazırlanması: vahid tariflərin və sənədlərin tətbiqi, gömrük-nəqliyyat prosedurlarının optimallaşdırılması məsələləri müzakirə olunub.Tədbir çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla Tükmənistan Dəmir Yolu naziri Bayram Annemeredov, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze və İİR-ın Dəmir Yolunun vitse-prezidenti Huseyn Aşuri arasında ikitərəfli görüşlər keçirilib.Nümayəndə heyətləri Türkmənbaşı limanına baxış keçiriblər. Görüşün yekununa dair müvafiq sənəd imzalanıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...