"Füzuli" Su Elektrik Stansiyasında (SES) yanvar ayında 970 min kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Ötən il ərzində isə stansiyada elektrik enerjisi istehsal 36,4 milyon kilovat-saata yaxın olub."Azərenerji" ASC-dən AZƏRTAC-a bildirilib ki, avadanlığın iş səmərəliliyinin artırılması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istər ötən il ərzində, istərsə də yanvar ayında elektrik enerjisi istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.Stansiya dispetçer qrafikinə uyğun istismar edilir. İstehsal olunan elektrik enerjisi 110 kilovoltluq "Haramı" yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə ötürülür.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...