PDF Oxu

İqtisadiyyat

  • 546

Sığorta tariflərinin tənzimlənməsi işi Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilir

Sığorta tariflərinin tənzimlənməsi işi Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilir

Bu gün Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında " qanuna dəyişilik edilməsi müzakirə olunub.Layihə haqqında məlumat verən komitə sədri Eldar İbrahimov söyləyib ki, Milli Məclis tərəfindən qəbul olunan "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun çox əhəmiyyəli qanundur: "Lakin müəyyən təkliflər qanunda dəyişikliyə ehitiyac yaradıb. Sözügedən dəyişikliklər lazımlıdır. Dəyişikliyə əsasən kənd təsərrüfatında əmlakın sığortasının subyektləri arasında daha bir qurum qoşulub. Belə ki, sığorta təşkilatlarının fəaliyyətlərinin tənzimlənməsi və onlara nəzarət müəyyən edildiyindən subyektlərin sırasına müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı, Maliyyə Bazalarına Nəzarət Palatası da əlavə edilib".Bundan başqa, qanunda yer alan 6-cı maddənin 6.2-ci (hər bir sığorta hadisəsi üzrə sığorta haqqının hesablanması üçün istifadə olunan tarif müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş maksimum sığorta tarifindən çox ola bilməz) və 8.1.2-ci (sığorta tariflərinin maksimum həddini müəyyən etmək) bəndləri də ləğv edilib.

Bildirilib ki, sığorta tariflərinin tənzimlənməsi işinin qeyri-dövlət orqanı olan Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilməsi nəzərdə tutulur. Məqsəd sığorta tariflərinin tənzimlənməsi işində sistemliyi və operativliyi təmin etməkdir.İclasda çıxış edən millət vəkilləri qanunun əhəmiyyətli və edilən dəyişikliklərin mühüm olduğunu qeyd ediblər.Sonda layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

sia.az

Digər xəbərlər