PDF Oxu

İqtisadiyyat

  • 249

Neft hasil edən ölkələr bir araya gələcək

Neft hasil edən ölkələr bir araya gələcək

Neft hasil edən ölkələrin növbəti iclası martın ortalarında Rusiyada keçiriləcək. SİA-nın "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Nigeriyanın neft naziri Emmanuel Kaçikvu bəyanatla çıxış edib.Məlumatda bildirilib ki, hazırda neft hasil edən ölkələrin əsas hədəfi neftin barelini 50 dollara yüksəltməkdir.Kaçikvu bəyanatında neft qiymətlərinin çox zəif templə artdığını müşahidə etdiklərini vurğulayıb: "OPEK üzvü olan və olmayan ölkələr toplanaraq neft qiymətlərinin əhəmiyyətli dərəcədə artımına nail olmalıyıq. Səudiyyə Ərəbistanı da, Rusiya da masa arxasına geri qayıdırlar".Qeyd edək ki, fevralın 16-da Rusiya ilə OPEK ölkələri arasında (Qətər, Səudiyyə Ərəbistanı, Venesuela) keçirilən görüşdə neft hasilatının 11 yanvar tarixli həcmdə dondurulması qərarı alınmış, daha sonra bu qərara Nigeriya da qoşulmuşdu. Amma İran tərəfinin anlaşmadan imtina etməsi ilə qərar növbəti görüşə qədər ertələnmişdi.

sia.az

Digər xəbərlər