"Azərişıq" ASC Region Elektrik Şəbəkələrində yenidənqurma işlərini davam etdirir.ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istehlakçıların davamlı, etibarlı və təhlükəsiz elektrik enerjisi ilə təminatı üçün bütün zəruri tədbirlər həyata keçirilir. Bu istiqamətdə şəbəkələr üçün tikilmiş yeni binalar da xüsusi əhəmiyyət daşıyır. "Cənub" Regional Enerji Təchizatı və Satışı İdarəsi üzrə yeni belə bir inzibati bina Biləsuvar rayonunda tikilib istifadəyə verilib. Ofis binasında elektrik şəbəkənin əməkdaşları üçün hər cür iş şəraiti yaradılıb. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlığı ilə bərabər kompyuter texnikası və internetlə təmin edilib.Qeyd edək ki, 2015-ci ildə respublikanın 18 rayonunda "Azərişıq" ASC-nin ofis binası istifadəyə verilib. Cari ilin sonunadək daha 20 rayonda yeni inzibati bina inşa olunacaq.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...