PDF Oxu

İqtisadiyyat

  • 249

Neftin qiyməti 50-ni keçəcək

Neftin qiyməti 50-ni keçəcək

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrdə yaxın gələcəkdə neftə olan tələbat sənayedəki istehsal artımını ötüb keçəcək. Bu barədə İsveçrənin aparıcı maliyyə qruplarından biri olan "Credit Suisse" qrupu tərəfindən təqdim edilmiş proqnozda bildirilib. Proqnoza görə, bunun nəticəsində artıq may ayında neftin barrelinin qiyməti 50 dollara qalxa bilər.

"Credit Suisse" qrupunun gəldiyi nəticəyə görə, 2016-cı ildə neftə tələbat yenidən artım dövrünə qayıdır. Bu, neftin qiyməti üçün əlverişsiz olan bir sıra amillərin olmasına baxmayaraq baş verir. Belə amillər sırasında Stüart isti qışın başa çatmasını, resurs hasilatı sahələrində müşahidə olunan geriləməni, həmçinin Rusiya və Braziliya kimi inkişaf etməkdə olan iqtisadiyyatlarda baş vermiş tənəzzülü göstərir.

Hazırda neftə tələbat sabitdir, buna qismən Şimali Amerikada və Avropada iqtisadiyyatların bərpasının davam etməsi, həmçinin inkişaf etməkdə olan bazarlarda uzun müddət davam edəcək meyllər yardım edir. Sütart dünya iqtisadiyyatında tənəzzülün qaçılmaz olması barədə verilən proqnozları şişirdilmiş sayır.

sia.az

Digər xəbərlər