Dünya Bankı Azərbaycanda Bakı-Şamaxı yolunun genişləndirilməsi üçün vəsait ayırıb.AZƏRTAC "worldbank.org" saytına istinadla xəbər verir ki, Dünya Bankının Direktorlar Şurası Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi üçün 140 milyon dollar həcmində vəsait ayrıldığını təsdiq edib.Məlumatda qeyd edilir ki, bu vəsait Bakı-Şamaxı yolunun iki zolaqdan dörd zolağadək genişləndirilməsinə sərf olunacaq.Layihənin gerçəkləşməsi turizm və sənaye sahəsində əhəmiyyətli potensialı olan Azərbaycanın bu regionunun inkişafına xidmət edəcək.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...