PDF Oxu

İqtisadiyyat

  • 720

Kürdəmirdə yonca əkini sahələri 16 min hektara çatdırılıb

Kürdəmirdə yonca əkini sahələri 16 min hektara çatdırılıb

Kürdəmir rayonunda yazlıq yonca səpini müvəffəqiyyətlə başa çatıb.Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, cari mövsümdə 2000 hektarda səpin aparılıb və yonca əkini sahələri 14 min hektardan 16 min hektara çatdırılıb.Səpin kampaniyasında 40-dan çox texnikanın iştirakı təmin olunub. Rayonun Pirli, Karrar, Muradxan və bir sıra digər ərazi vahidlərində daha çox sahədə əkin aparılıb.Qeyd edək ki, hazırda rayonda iribuynuzlu mal-qaranın sayı 64 min, qoyun-keçilərin sayı isə 131 min 800 başdan çoxdur. Möhkəm yem bazasının yaradılması istiqamətində son illər ciddi tədbirlər görülür. Yonca əkini sahələrinin ildən-ilə artırılması da məhz bu tədbirlərdəndir.

AZƏRTAC

Digər xəbərlər