"2015-ci ilin ikinci yarısından dünyada neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycanın gəlirlərini azaldıb. Lakin, 2016-cıilin başlanğıcı və xüsusiyyətlə, ölkədə aparılan dərin iktisadi islahlatlar onu deməyə əsas verir ki, qeyri-neft sektorunun yeni impuls ilə inkişaf etməsi məmləkətimizin ÜDM-nun artmasını təmin edəcək. Geridə qalan 3 ay onu göstərdi ki, neft gəlirlərinin aşağı düşməsinə baxmayaraq Azərbaycan ÜDM artımı 5% təşkil edib. Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, 2016-cı il nəhəng regional layihələrin başlanğıc ili kimi yadda qalacaq: "Azərbaycan regionda karbohidrogen ölkəsi kimi tanınmaqla yanaşı, tranzit ölkəsi kimi də mövqeləşəcək. Əgər əvvəllər tranzit dedikdə mənbə olaraq və üzərimizdən resursların nəql olunması kimi tanınırdıqsa, gələcəkdə mənzərə tam dəyişəcək. Belə ki, Şimal Cənub tranzit koridoru Pakistan və Hindistan kimi ölkələri Şimalı Avropa ölkələri ilə Azərbaycan üzərindən birləşdirəcək. 2016-cı il xarici investisiyaların Azərbaycana axınının təmin olunması ili olmalıdır. Cənab Prezidentin anons etdiyi xarici kapitalın büdcəyə və iqdisadiyyata pul yatıracaqları idesayı yaxın gələcəkdə reallaşacaq. Bunun üçün investisiya təşviqatı konsepsiyası qəbul olunaraq, xarici investorlar üçün cəlbedici biznes mühitinə məxsus ölkəyə çevrilməyimizə şərait yaradılıb.Məhz buna görə 2016-cı ilin doğsan günü ərzində Azərbaycanda 37 min yeni iş yeri açılıb. Onların 31 mini daimi iş yeri olub, regionlara il ərzində layihələrin implementasiyası üçün 2 milyard manata yaxın vəsait ayrılacaq və bununla da daxili investisiyalar yeni iş yerlərinin açılmasını və ÜDM-un daha da artmasını təmin edəcək".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...