Bərdə rayonunda fermer və torpaq mülkiyyətçiləri qısa müddətdə 5061 hektar sahədə yazlıq səpin həyata keçiriblər.Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov AZƏRTAC-a bildirib ki, yazlıq əkinlərin 2680 hektarı yonca, 1538 hektarı tərəvəz, 149 hektarı kartof, 460 hektarı şəkər çuğunduru, 27 hektarı günəbaxan, 16 hektarı qarğıdalı, 191 hektarı bostan bitkiləridir.Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...