Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2016-cı ilin birinci rübündə laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 31 səyyar qəbul keçirilib. 2442 nəfərin iştirak etdiyi bu qəbullarda 233 nəfər, rayon icra hakimiyyəti başçısı aparatında isə 955 nəfər rayon sakininin müraciəti dinlənilib.AZƏRTAC xəbər verir ki, bu barədə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2016-cı ilin üç ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan yığıncaqda məlumat verilib.Yığıncaqda Laçın Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən Aqil Nəzərlinin görülən işlər və qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilib, laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb.Bildirilib ki, məcburi köçkünlərin məskunlaşdığı 84 oba və 2 qəsəbədə əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 10 və 04 kV-luq elektrik hava xətlərində yararsız hala düşmüş 3000 metr naqil yenisi ilə əvəzlənib, Vağazin, Şeylanlı və Mişni obalarında yeni transformatorlar quraşdırılıb, digər obalarda müxtəlif gücə malik 3 transformator əsaslı təmir edilib. Mişni, Alxaslı, Şeylanlı obalarında, 552 və 21 ailəlik qəsəbələrdə olan içməli su şəbəkələrində yararsız hala düşmüş su xətlərinin 142 metr hissəsi yenisi ilə əvəzlənib.Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələrə əsasən, qamış və daxal evlərdə məskunlaşmış ailələr üçün 1500 evin tikilməsi, ərazidə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, Qayğı qəsəbəsindən 552 ailəlik qəsəbə istiqamətində yolun genişləndirilməsi, 552 ailəlik qəsəbədə yağış sularının kənara axıdılması üçün dren şəbəkənin qurulması, yol, içməli su problemlərinin həlli qarşıda duran vəzifələrdəndir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...