PDF Oxu

İqtisadiyyat

  • 156

Doha görüşü neft ölkələrinin ümidlərini puç etdi EKSPERT RƏYİ

Doha görüşü neft ölkələrinin ümidlərini puç etdi EKSPERT RƏYİ

Vüqar Bayramov: "Neft ölkələri qara qızılın qiymətində kəskin azalmalara hazır olmalıdır"

"OPEK Dohada razılığa gələ bilmədi və birja bu qərara qısa zamanda reaksiya verdi. Neftin qiyməti ilk birja günündə 5 faizə yaxın aşağı düşdü ki, bununla da beynəlxalq analtiklər qiymət azalmalarının davamlı olacağını proqnozlaşdırırlar". Bu fikirləri SİA-ya iqtisadçı ekspert Vüqar Bayramov deyib.Ekspert bildirib ki, neftin qiymətinin yenidən yüksələcəyi ilə bağlı bir sıra neft ölkələrinin ümidləri dəfn olundu: "Belə görsənir ki, OPEK və digər aparıcı istehsalçılar oktyabr ayınadək hasilatın dondurulmasını məsələsini gündəmdən çıxartdılar. Doha görüşü əslində bir daha "neft bumu dövrünə" qayıtmağın çətin olacağına və hətta deyərdim ki, mümkünsüzlüyünə işarə idi. Neft ölkəsi olan Azərbaycan üçün də Doha görüşü əhəmiyyət kəsb edirdi. Düşünürəm ki, neftin dünya bazar qiymətindəki aşağı düşmələr ölkəyə daxil olan valyutanın azalmasına səbəb olacaq. Valyuta daxilolmalarının artırmağın yeganə yolu islahatların sürətləndirilməsidir. Struktur islahatları, liberallaşma və genişmiqyaslı elektronlaşma qeyri-neft sektorunun inkişafını stimullaşdıra bilər. Artıq bütün neft ölkələri qara qızılın qiymətində daha kəskin azalmalara hazır olmalıdırlar. Bu hazırlıq isə yeni iqtisadi islahatlar paketinin hazırlanmasından keçir".

sia.az

Digər xəbərlər