PDF Oxu

İqtisadiyyat

  • 113

Azərbaycanda işləyən əcnəbilər məcburi dövlət sığortasından azad edilir

Azərbaycanda işləyən əcnəbilər məcburi dövlət sığortasından azad edilir

Bu gün Milli Məclisin əmək siyasət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, "Sosial sığorta haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən Azərbaycanda bir qisim əmək fəaliyyətinə cəlb edilən əcnəbilər 5 il müddətinə məcburi dövlət sığortasından azad edilir.Qanunun 12-ci maddəsinə edilən əlavə və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər 2016-cı il mayın 1-dən 5 il müddətinə məcburi dövlət sığortasından azad edilir.Layihə müzakirələrdən sonra plenar iclasa tövsiyə edilib.Xatırladaq ki, bu gün Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da "Sosial sığorta haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində, "Gömrük tarifi haqqında" qanun layihəsində və Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsində də eyni maddə üzrə dəyişiklilər müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə edilib.

sia.az

Digər xəbərlər