Aprelin 20-də Astarada Astara çayı üzərində İran ilə Azərbaycanın dəmir yolları sistemini birləşdirəcək körpünün təməlqoyma mərasimi keçiriləcək.
Təməlqoyma mərasimində Azərbaycan ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iştirak edəcək. Mərasimdən sonra Azərbaycan-İran nümayəndə heyətlərinin görüşü keçiriləcək. Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.
Qeyd edək ki, 8 kilometrlik dəmir yolu körpüsü Qəzvin-Rəşt dəmir yolu xəttinin davamı olacaq.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...