Mart ayında "Səngəçal" Elektrik Stansiyasında (ES) 101,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Cari ilin birinci rübündə isə burada istehsal edilən elektrik enerjisinin həcmi 343,4 milyon kilovat-saata yaxın olub."Azərenerji" ASC-dən AZƏRTAC-a bildirilib ki, avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində stansiyanın digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...