Neftçalanın heyvandarlıq təsərrüfatlarında mal-qara arasında yayıla biləcək brusellyoz, dabaq, qarayara kimi yoluxucu xəstəliklərə qarşı vaksinasiya işləri aparılır. SİA xəbər verir ki, Neftçala Baytarlıq İdarəsi tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində bu il iri və xırdabuynuzlu heyvanlarda ciddi xəstəliklərə rast gəlinməyib.Hazırda rayonunun heyvandarlıq təsərüfatlarında 41 min iribuynuzlu və 120 min baş xırdabuynuzlu heyvan saxlanılır. Heyvandarlıq təsərrüfatlarına ümumilikdə 12 sahə baytarlıq məntəqəsinin baytar həkimləri xidmət göstərir. Həkimlər mövsümlə əlaqədar olaraq təsərüfatlarda vaksinasiya işlərini davam etdirirlər. Heyvanlarda dabaq, brusellyoz, quduzluq kimi xəstəliklərə qarşı mübarizə tədbirlərini başa çatdıran həkimlər rayonda hər hansı bir yoluxucu xəstəlikləyin qeydə alınmadığını bildirirlər. Hazırda isə mal-qara arasında qarayara xəstəliyinə qarşı vaksinasiya tədbirləri həyata keçirilir.Mütəxəssislərin dediyinə görə, qarayara virusu, heyvanlar arasında ən təhlükəli xəstəliklərdən hesab olunur. Mikrob torpaq altında 100 ilə qədər qala bilir. Odur ki, rayonda bu təhlükəli xəstəliyə qarşı çox ciddi profilaktik tədbirlər həyata keçirilir. İndiyədək 40 mindən yuxarı iribuynuzlu və 100 min başdan çox xırdabuynuzlu heyvana qarayara xəstəliyinə qarşı vaksin vurulub. Aparılan profilaktik tədbirlər nəticəsində rayonda epizootik durum stabildir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...