Zaqatala rayonunda ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin edilməsinə də öz müsbət təsirini göstərir. Tütün yetişdirilməsi ilə əlaqədar indiyədək "İnter-Tobacco" MMC ilə 490 mülkiyyətçi arasında müqavilə bağlanıb. Bu, ən azından 980 nəfərin tütünçülük sahəsində mövsümi işlə təmin olunması deməkdir.Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.Qurumdan bildiriblər ki, cari ildə rayonda 600 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Hazırda tütün şitillərinin sahələrə köçürülməsi işi mütəşəkkil surətdə davam etdirilir. İndiyədək 365 hektarda şum aparılıb, 287 hektar sahəyə tütün şitili köçürülüb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...