Bakıda Azərbaycan və Niderland arasında 4 memorandum imzalanıb.AZƏRTAC xəbər verir ki, imzalanmalar Bakıda keçirilən Azərbaycan-Niderland biznes forumu çərçivəsində həyata keçirilib.İlk sənəd Sumqayıt Kimya Sənaye Parkı ilə Niderlandın "Chamelot" Kimya Parkı arasında imzalanıb.İkinci memorandum Azərbaycanla Niderland arasında biznes mərkəzinin yaradılması olub. Memorandumu "ADA" Universiteti ilə Limburq vilayətinin nümayəndələri imzalayıb.Üçüncü memorandum 6 şirkət arasında texnologiya sahəsinə aiddir. İmzalayan tərəflər arasında "ASAN" innovasiyalar, "Nar" və yeni yaradılmış Azərbaycan-Niderland biznes mərkəzi olub.Dördüncü memorandum birgə elmi araşdırmaların və təhlil işlərinin aparılması ilə bağlı Polad İstehsalı Kompleksinin nümayəndəsi, Niderlandın Axen Universitet və Maastrixt Universiteti arasında imzalanıb.Gözlənilən kənd təsərrüfatı ilə bağlı beşinci memorandum isə Bakı Ekspo Mərkəzində keçiriləcək "XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi, X Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya" sərgisi zamanı imzalanacaq.Qeyd edək ki, biznes forumda Niderlandın 24, Azərbaycanın isə 40 şirkəti iştirak edir.Biznes forumda iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Niderland Azərbaycana 900 milyon dollardan artıq investisiya yatırıb, onun 340 milyon dolları son 3 ildə yatırılıb. Azərbaycanla Niderland arasında 180 milyon dollar dəyərində müqavilələr imzalanıb. Niderland şirkətləri dövlət sifarişlərində də iştirak edir, Azərbaycanda 10 sifarişi öhdəliyinə götürüblər.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...