PDF Oxu

İqtisadiyyat

  • 62

Komitə sədri: "Azərbaycanda kooperativlərin yaradılması könüllüdür”

Komitə sədri: "Azərbaycanda kooperativlərin yaradılması könüllüdür”

"Azərbaycanda kənd təsərrüfatı sahəsində kooperativlərin yaradılması könüllüdür". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.Onun sözlərinə görə, Azərbaycanda kooperativlərin yaradılması kənd təsərrüfatı sahəsində bir yenilikdir: "Almaniyada kooperativlərin yaradılması məcburidir. Amma bizdə istənilən şəxs fərdi də çalışa bilər. Lakin düşünürəm ki, seçdiyimiz yol daha düzgündür. Hətta bununla bağlı Ağcabədi və Qəbələdə nümunələr də var. Hər iki rayonda son dərəcə yüksək səviyyədə texnologiyaya cavab verən süd məhsulları zavodlarımız var. Əgər bu gün bazarlarımızda xarici süd məhsullarını görmürüksə, bu o deməkdir ki, ölkəmizi süd məhsulları ilə təmin edə bilirik".Komitə sədri söyləyib ki, biz eyni zamanda məhsullarımızla xarici bazarlara da çıxarmalıyıq: "Hazırda Azərbaycan Prezidentinin də apardığı siyasət neft iqtisadiyyatından neftsiz iqtisadiyyata keçməkdən ibarətdir. Qeyri- neft sektorundan ən önəmli yerlərdən birini isə kənd təsərrüfatı tutur. Gərək biz elə məhsullar istehsal edək ki, onlarla xarici bazarlara çıxıb, ölkəmizə valyuta gətirə bilək. 2015-ci ildə Azərbaycanda kənd təsərrüfatında ixracatımız 604 milyon dollar, yəni 1 milyarddan artıqdır. Qeyri-neft sektorunda ixracatın 1.5 milyardın 41.3 faizini kənd təsərrüfatı təşkil edir. İlkin olaraq bu, az deyil, lakin bunu daha da inkişaf etdirmək lazımdır. Neft bizimdir, ondan gələn gəlir də Azərbaycan xalqınındır. Lakin neft qurtara bilər, amma torpaq qurtarmır. Biz torpaqlardan düzgün istifadə etməklə özümüzü ərzaqla təmin edə, eləcə də büdcəmizə əlavə gəlir gətirə bilərik".

sia.az

Digər xəbərlər