PDF Oxu

İqtisadiyyat

  • 60

Yeraltı qaz anbarlarına 382 milyon 438 min kubmetr qaz vurulub

Yeraltı qaz anbarlarına 382 milyon 438 min kubmetr qaz vurulub

Yeraltı qaz anbarlarına təbii qazın vurulması uğurla davam etdirilir.SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyev tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədilə SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə təxirə salınmadan və yüksək keyfiyyətlə yerinə yetirilir.Hazırda payız-qış mövsümü üçün SOCAR-ın "Qaradağ" və "Qalmaz" qaz anbarlarına təbii qazın vurulması uğurla davam etdirilir. Bu proses mövcud qrafikə uyğun olaraq, martın sonlarından başlanılıb və cari ilin noyabrında başa çatdırılacaq. Mayın 18-dək anbarlara, ümumilikdə, 382 milyon 438 min kubmetr qaz vurulub ki, bunun da 134 milyon 195 min kubmetri "Qalmaz", 248 milyon 243 min kubmetri isə "Qaradağ" qaz anbarlarının payına düşüb. Hazırda ötən mövsümdən qalıq qazla birlikdə anbarlardakı aktiv qazın miqdarı 1 milyard 363 milyon 313 min kubmetr təşkil edir ki, bu həcmin də 632 milyon 631 min kubmetri "Qalmaz", 730 milyon 682 min kubmetri isə "Qaradağ" qaz anbarlarının payına düşür.Yeraltı anbarlara vurulan təbii qazın miqdarı onu deməyə əsas verir ki, əvvəlki illərdə olduğu kimi, bu ilin payız-qış mövsümündə də ölkə istehlakçılarının "mavi yanacaq"la təchizatında heç bir problem olmayacaq.

AZƏRTAC

Digər xəbərlər