PDF Oxu

İqtisadiyyat

  • 84

23-cü Beynəlxalq Xəzər Neft və Qaz konfransı baş tutub

23-cü Beynəlxalq Xəzər Neft və Qaz konfransı baş tutub

Bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz konfransı keçirilib. SİA-nın məlumatına görə, konfrans neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün ənənəvi meydançadır. Konfransda "Xəzər regionunun qaz infrastrukturu: regionda əsas layihələrin cari vəziyyəti və həyata keçirilmə statusu", Şah Dəniz – 20 illik uğur və gələcəyə baxış", "İri neft-qaz layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi", "Azərbaycanın enerji ehtiyatları bazasının genişləndirilməsi", "Neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması" , "Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi", "Azərbaycanda neft-kimya və neft emalı sahələrinə dair ümumi məlumat və inkişaf perspektivləri" məsələləri müzakirəyə çıxarılıb.Konfransda dünyanın 30-dan çox ölkəsindən 400 nəfərə yaxın nümayəndə iştirak edir. Dünyanın müxtəlif ölkələrindən 40 nəfərdən çox natiq, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlər xüsusunda məruzələrlə çıxış edəcəklər. "Avropa enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu" mövzusunda həsr olunan plenar iclasda Azərbaycanın energetika naziri Natiq Əliyev, həmçinin SOCAR-ın prezidenti Rövnəq Abdullayev, "BP" şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birel və digər rəsmilər iştirak edib.SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, Azərbaycanın təbii qaz hasilatını illik 40 milyard kubmetrə çatdırmaq imkanı var: "Ötən 10 ildə Azərbaycanın təbii qaz hasilatı 4 dəfə artırılaraq ildə 29 milyard kubmetrə çatdırılıb. SOCAR-ın "Azneft" İstehsalat Birliyi indiyədək 49 yatağın işlənməsini həyata keçirib. 2016-2017-ci illərdə 81 quyunun qazılması üçün 9 özülün əsası qoyulacaq.R.Abdullayev bildirib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə ümumilikdə 41 milyard dollar investisiya yatırılıb. 2024-cü ilədək AÇG-dən 5 milyard barrel neftin hasil olunması nəzərdə tutulur. Bundan başqa, neftvermə əmsalının artırılması ilə 4 milyard barrel əlavə neftin hasil edilməsi planlaşdırılır.O həmçinin deyib ki, TAP-ın tikintisi üzrə işlər tamamlanıb: "SOCAR-ın inkişaf prespektivləri sırasında neft emalı mühüm yer tutur. Bu günə qədər Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üçün 41 milyard dollar sərmayə yatırılıb. Azəri-Çıraq-Günəşlidə müqavilənin sonuna kimi (1994-2024) 5 milyard barel neft çıxarılacaq. Növbəti 4 milyard barel neftin çıxarılması üçün 20 müqavilə də bağlanacaq"."BP" şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti isə Qordon Birel konfransın önəmli əhəmiyyətindən danışıb.Qeyd edək ki, bu il ilk dəfə olaraq konfransda neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması mövzusuna da toxunulub.

sia.az

Digər xəbərlər