Beynəlxalq Avtomobil Federasiyasının (BAF) yürüş direktoru Çarli Uaytinq Bakı trası barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, Ç.Uaytinq "Formula-1" Avropa Qran-pri yarışlarının küçə avtodromunun final yoxlanışı üçün Bakıya səfər edib.
BAF rəsmisi bildirib ki, Bakı daha çox Sinqapura oxşayır. Eyni zamanda, Monako Qran-prisinə də oxşarlıq var. Lakin Monte-Karlo trası daha ləng və qısadır. Bakı marşrutu çox sürətli, maraqlı bölmələrdən və bir ləng hissədən ibarətdir. Çarli Uaytinq əlavə edib: "Komandaların öz avtomobillərini bu trasa necə uyğunlaşdıracağı mənim üçün çox maraqlıdır. Əgər Sinqapurda cəmi bir düz hissə varsa, Bakıda başqa cürdür. Bu unikal trasdır".
yap.or.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...