PDF Oxu

İqtisadiyyat

  • 230

“Azneft”in qaz təsərrüfatı yenilənir

“Azneft”in qaz təsərrüfatı yenilənir

"Azneft" İstehsalat Birliyinin strukturuna daxil olan idarələrdə qaz təsərrüfatının təkmilləşdirilməsi istiqamətində görülən mühüm tədbirlər uğurla davam etdirilir. qurumun mətbuat xidmətindənSİA-ya verilən xəbərə görə, aşağı təzyiqli səmt qazının yığılaraq itkisiz təhvil verilməsi məqsədi ilə müasir tipli vakuum kompressorları, qaz-su soyuducuları, turbin və kompressor qurğuları yeniləri ilə əvəz olunur. "Neft Daşları"ndakı 2346 saylı özüldə aşağı təzyiqli qaz-yığım sistemində istismar olunan 9 ədəd elektrik intiqallı vakuum kompressorunun 6 ədəd müasir tipli vintli kompressorla əvəz olunması istiqamətində aparılan işlər başa çatmaq üzrədir. 1799 saylı estakadayanı meydançada isə aşağı təzyiqli səmt qazının yığılmasında istismar olunan 8 ədəd elektrik intiqallı kompressor qurğusu 6 ədəd müasir tipli vintli kompressorla əvəz olunacaq. Bu məqsədlə layihələndirmə işləri görülür. Bununla yanaşı, "Neft Daşları"nın qaz-yığım sistemlərində istismar olunan 3 ədəd elektrik intiqallı kompressor əsaslı təmir olunaraq təhvil verilmişdir. NQÇİ-nin qazlift və nəql sistemlərində istismar olunan 10 ədəd qazmühərrikli kompressor qurğusunun yay mövsümündə fasiləsiz və etibarlı istismarını təmin etmək məqsədi ilə 3 və 4 saylı kompressor stansiyalarının qaz-su soyuducuları yenidən qurularaq istismara verilib. "28 May" NQÇİ-nin "Neft Daşları" sahəsində yerləşən 2 saylı sıxıcı kompressor stansiyasında istismar olunan qazturbin mühərriklərinin dayanıqlığını qorumaq məqsədilə 1 ədəd qazturbin mühərriki, 2 ədəd kompressor qurğusu əsaslı təmir edilmişdir. "Günəşli" yatağındakı quyularda neft və qaz itkilərinin yaranmaması üçün "28 May" NQÇİ-nin qaz separasiya məntəqəsi və 2 saylı sıxıcı kompressor stansiyası arasında əlavə olaraq 500 millimetrlik 1100 metr uzunluğunda qaz xətti çəkilib, quyularda ştuser arxası təzyiqlərin aşağı salınmasına nail olunmuşdur.

Həmçinin, ölkəmizin payız-qış mövsümündə təbii qaza olan təlabatını ödəmək məqsədi ilə "Qaz Anbarlarının İstismarı" idarəsində qazvurma mövsümü ərzində istismar olunan kompressor qurğularına bir neçə dəfə texniki baxış keçirilmiş, qazvurma prosesi daha da yaxşılaşdırılıb.

sia.az

Digər xəbərlər