"Azneft" İstehsalat Birliyinin "Abşeronneft" NQÇİ-yə məxsus köhnə neft yığım parkı yenisi ilə əvəz olunacaq. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, bu məqsədlə adanın şimal-şərq hissəsində 6,4 hektar torpaq sahəsi ayrılmış, parkın tikinti işlərinə başlanılıb. "Neftqaztikinti" Tresti tərəfindən tikilən yeni neft yığım parkı texnoloji cəhətdən, ekoloji baxımdan müasirliyi və yüksək standartlara cavab verməsi ilə fərqlənəcək. Parkda 24 ədəd neft çəni quraşdırılacaq, ikimərtəbəli inzibati bina, keçid məntəqəsi, operator və alətlər otağı, yanğın əleyhinə nasosxana binası, ayrılıqda neft və lay suyu üçün nasosxana, yeraltı drenaj bloku, 4 ədəd qaz-su-qum separatoru, hava hazırlayıcı blok, 2 ədəd soba, 6/0.4 kV-luq yarımstansiya binası inşa ediləcək. 24 çəndən 3-ü 3000, 6-sı 2000, 4-ü 1000, 5-i 700, 4-ü 400, 2-si isə 100 kubmetr maye tutumuna malik olacaq. Yeni parkda əl əməyinin yüngülləşdirilməsi məqsədi ilə iş prosesi demək olar tam avtomatlaşdırılacaq. Əməyin mühafizəsi və texniki təhküləsizlik qaydaları müasir standartlar səviyyəsində olacaq, neftçilər üçün optimal iş şəraiti yaradılacaq, ərazi abadlaşdırılacaq.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...