PDF Oxu

İqtisadiyyat

  • 41

DSX-da məzunların buraxılışı olub

DSX-da məzunların buraxılışı olub

13 iyun 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbində məzunların buraxılışına həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, məktəbin müəllim və şagird kollektivini, məzunları və onların valideynlərini təbrik edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla yerinə yetirildiyini, göstərilən ali diqqət və qayğı nəticəsində Azərbaycan Sərhəd Mühafizəsinin sürətli inkişaf yolu keçdiyini qeyd edib, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın məktəbin yaradılmasındakı əməyini xüsusi vurğulayıb.Tədbirdə qeyd edilmişdir ki, şagirdlərin savadlı, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər insanlar kimi tərbiyə olunması üçün məktəbdə bütün şərait yaradılıb. Hər il məktəbdə oxumaq istəyənlərin sayının qəbul planında nəzərdə tutulduğundan dəfələrlə çox olması məktəbin respublikamızda böyük nüfuz qazanmasının göstəricisidir.Xüsusi məktəbin rəisi polkovnik Elçin Quliyev, məktəbin məzunu Elşad Abdullayev çıxış edərək şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.Təhsildə fərqlənən məzunların bir qrupuna qiymətli hədiyyələr təqdim olunduqdan sonra məzunlar Xüsusi məktəbin bayrağını öpərək məktəblə vidalaşıblar.Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar oxunub, sülh, azadlıq və qələbə rəmzi olan göyərçinlər səmaya buraxılıb.

sia.az

Digər xəbərlər