PDF Oxu

İqtisadiyyat

  • 40

Kooperasiyalarla bağlı qanun layihəsi III oxunuşda qəbul olundu

Kooperasiyalarla bağlı qanun layihəsi III oxunuşda qəbul olundu

Milli Məclisin bugünkü iclasında "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə haqqında məlumat verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, qanun layihəsi kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir: "Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarını qorumaqdır. İstehsal kooperativi ilk növbədə öz işçilərini işlə təmin etməli daha sonra ehtiyac olarsa, əlavə işçi götürə bilər. Muzdla işçilərinin sayına məhdudiyyətlə qoyulmayacaq. Bu həm də işsizlər üçün böyük imkanlar yaradacaq. Qanun III oxunuşun tələblərinə tam təminat verir".E. İbrahimov söyləyib ki, qanunda yeni yaradılacaq kooperativlər üçün kredit fondlarının yaradılmasını da nəzərdə tutulur.Qeyd edək ki, 5 fəsil 18 maddədən ibarət qanun layihəsi müzakirələrdən sonra qəbul olunub.

sia.az

Digər xəbərlər