Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya Qərarının cəzaçəkmə müəssisələri üzrə icrasına başlanılıb.SİA-nın məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May Respublika Günü münasibətilə elan edilmiş humanizm təntənəsinin davamı olan bu Qərarın tətbiqinin ilk günü 347 məhkum azadlıqdan məhrum etmə yerlərindən azadlığa buraxılıb.
Amnistiya Qərarının icrası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın, Milli Preventiv Qrupun üzvlərinin, Ədliyyə Nazirliyinin, Bakı şəhər Prokurorluğunun məsul əməkdaşlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası, İctimai Komitə, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin, habelə məhkum yaxınlarının iştirakı ilə həyata keçirilib.
Ümumilikdə Amnistiya Qərarının 10 minə yaxın məhkuma şamil olunacağı gözlənilir.
Amnistiya Qərarının icrası davam edir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...