PDF Oxu

İqtisadiyyat

  • 48

Dövlət taxıl qəbuluna başladı

Dövlət taxıl qəbuluna başladı

Taxılın 1 tonu 250 manata qəbul ediləcək

Fermerlər növbəti xəbərimizi mütləq izləsinlər. Dövlət Taxıl Fondu buğda tədarükünə başlayıb. Ərzaq buğdasının qəbul olunma meyarları da açıqlanıb. Növbəti illərdə xaricdən buğda idxalı azaldılacaq. Yerli buğdanın yararlılıq qabiliyyətinin artırılması üçün addımlar atılacaq.

Dövlət Taxıl Fondu ərzaq buğdasının tədarükünə başlayıb. Ölkə üzrə "Səngəçal, Gəncə Taxıl Elevatorları" da daxil olmaqla ümumilikdə 15 məntəqədə buğda qəbulu həyata keçirilir.

Fermerlər yalnız yüksək keyfiyyətli buğda təqdim etməlidir. Buğda, dənin naturasının, yapışqanlığının yoxlanılması məqəsədi ilə akkreditə olunmuş laboratoriyalardan keçməlidir. Laboratoriyalarda xidmət pulsuz həyata keçirilir.

Buğda qəbulu iyun ayının 21-dən sentyabr ayının 1-ə kimi aparılacaq. Bu il üçün kvota 500 min tondur. Zülfiqar Məmmədovun sözlərinə görə yerli ərzaq buğdasının yararlılıq faizi aşağı olduğundan hər il fondun ehtiyatı idxal sayəsində ödənilir. Taxıla fermerlər tərəfindən düzgün aqrotexniki qulluğun göstərilməməsi ərzaq buğdasını yararsız edir.

sia.az

Digər xəbərlər