"Neft Daşları" yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2161 nömrəli quyu qazmadan sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, şirkətin Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1860-1851 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) sifarişi ilə qazılıb.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...