PDF Oxu

İqtisadiyyat

  • 35

Rusiya-Türkiyə münasibətlərində Azərbaycanın iqtisadiQAZANCI

Rusiya-Türkiyə münasibətlərində Azərbaycanın iqtisadiQAZANCI

"Rusiya-Türkiyə arasında münasibətlərin müsbət məcraya yönəlməsi Azərbaycana həm siyasi, həm də iqtisadi cəhətdən daha çox dividentlər gətirə bilər". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.Onun sözlərinə görə, iki ölkə arasındakı soyuq münasibətlər Azərbaycan qısa müddətli dividentlər gətirsə də, sonradan üstünlüklər azalmağa başladı: "İki ölkə arasında münasibətlərin pozulduğu ilk dövrlərdə Azərbaycan məhsullarının Rusiya bazarına çıxışı genişlənsə də sonradan orada da müəyyən problemlər üzə çıxa başladı. Rusiya bazarlarına çıxış imkanlarının genişlənməsi son nəticədə ölkə daxilində ərzaq məhsullarının, eləcə də meyvə-tərəvəzin ciddi şəkildə bahalaşmasına gətirib çıxarmışdı. Ötən illə müqayisədə bu il ölkədə ən bahalı məhsul məhz meyvə-tərəvəz idi. İlk dövrlərdə Rusiya bazarında türk məhsuluna dair edilən qadağalar orada ciddi qıtlığa gətirib çıxarmışdı ki, bu da Azərbaycanın həmin bazarlarda daha baha məhsul satmasına və əlavə gəlir əldə etməsinə şərait yaradırdı. Lakin sonrakı dövrlərdə səngimə baş verdi, hətta Azərbaycan məhsullarının bu bazarlara buraxılması ilə bağlı da problemlər də yarandı. Hətta bəzi məhsullarımız türk məhsulu kimi qələmə verirlər. Belə olan halda, üstünlüklər itirildi və bazara digər ölkələr daha çox can atmağa başladı".R. Həsənov söyləyib ki, Rusiya-Türkiyə münasibətlərinin normalaşmasının sosial effektləri ola bilər: "Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir ki, bu ölkələr arasında münasibətlər problemin həllinə müsbət təsir göstərə bilər. Problemin həlli ilə ölkəmizin iqtisadi-siyasi dividentləri daha çox ola bilər. Bundan başqa Rusiyanın turizm agentlikləri açıqlayıb ki, bu il Azərbaycanla bağlı tur paketlərin satışında 90 faiz artım baş verib. Bu, ölkəmiz üçün önəmlidir. Türkiyə Azərbaycanla qardaş dövlətdir və hesab edirəm ki, növbəti dövrlərdə də xüsusilə tranzit yükdaşımalarda ölkəmizin ərazisindən istifadə prosesi davam edəcək".

sia.az

Digər xəbərlər