İyulun 14-də Göyçay rayonunun Müskürlü kəndinə yenidən təbii qaz verilib.SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 124 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12 min 410 metr uzunluğunda müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 124 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.Kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...