PDF Oxu

İqtisadiyyat

  • 458

Ucarda yay şumu çıxarılır

Ucarda yay şumu çıxarılır

Taxıl biçini kampaniyasını uğurla başa çatdıran Ucar fermerləri yay şumu çıxarırlar.Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, builki mövsümdə bölgədə 12 min hektardan çox sahədə payızlıq bitkilər, o cümlədən taxıl, yonca və sair əkilməsi nəzərdə tutulub. Bu məqsədlə bütün ərazilərdə gələcək yüksək məhsul üçün zəruri olan yay şumunun çıxarılmasına başlanılıb.Hər gün sahələrdə 15-20 şum traktoru işləyir. Rayonun əksər ərazilərində, o cümlədən Lək, Yuxarı Şilyan, Alpout, Şahlıq və bir sıra digər ərazilərdə bu mühüm tədbir sürətlə davam etdirilir.

AZƏRTAC

Digər xəbərlər