PDF Oxu

İqtisadiyyat

  • 24

Quyu istismara verildi

Quyu istismara verildi

"Azneft" İstehsalat Birliyi "Günəşli" yatağının mənimsənilməsini müvəfəqiyyətlə davam etdirir.SİA-nın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, yenicə istismara verilmiş 7 saylı dərin dəniz özülündə 316 nömrəli ilk hasilat quyusu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qatın Fasilə lay dəstəsindən qazlift üsulu ilə mənimsənilərək, süzgəclər açılmaqla 2753-2716 metr intervaldan sutkalıq 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

sia.az

Digər xəbərlər