Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kürdəmir Tikinti Mexanikləşdirmə" ASC-nin adi səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.Birjadan AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 27 min 677 ədəd, qiymətli kağızların ilkin ticarət qiyməti 2 manatdır. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...