Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı, "Reuters" agentliyinə müsahibəsində bir sıra mühüm məsələlər barədə danışıb. O bildirib ki, Azərbaycan bankları Mərkəzi Bankın manatı "üzən məzənnə" rejiminə keçirməsindən sonra yaranmış vəziyyətə uyğunlaşıblar. "Bankların yeni reallıqlara uyğunlaşması prosesi başa çatıb, bəzi zəif iştirakçılar bank sektorunu tərk edib və artıq bazarda vəziyyətin müsbətə doğru dəyişməsindən danışmaq olar" – deyə R.Aslanlı qeyd edib. Bu ilin əvvəlindən bəri 10 bankın lisenziyasının ləğv edilməsinə münasibət bildirən MBNP rəhbəri digər banklar üçün belə bir aqibətin gözlənilmədiyini bildirib: "Qalan banklar məcmu kapitalı ilə bağlı tələbə cavab verir və onların bağlanması gündəmdə deyil".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...