PDF Oxu

İqtisadiyyat

  • 328

Tovuzda kartof sahələrindən 131 min tondan çox məhsul yığılıb

Tovuzda kartof sahələrindən 131 min tondan çox məhsul yığılıb

Tovuzda fermerlər bu il 8197 hektar kartof sahəsində bol məhsul yetişdiriblər.Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək 6 min 10 hektar sahədən 131 min 4 ton məhsul yığılıb. Hər hektarda orta məhsuldarlıq 218 sentner təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kartof yığılan sahələr 1423 hektar, tədarük olunan məhsul 46 min 6 ton, hektardan orta məhsuldarlıq isə 32,7 sentner çoxdur.Tovuzun dağ kəndlərində kartof yığımı davam edir.

AZƏRTAC

Digər xəbərlər