Beyləqan rayonunda rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.Beyləqan Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari ildə 476 abonentə telefon xətti çəkilib, 2633 abonent genişzolaqlı internetlə təmin edilib. Rabitənin və informasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Aşıqalılar, İmamverdili, Eyvazalılar, Dünyamalılar, Təzəkənd, Qəhrəmanlı, İkinci Aşıqlı, Milabad, Yuxarı Aran qəsəbə və kənd elektron avtomat telefon stansiyalarının xətt şəbəkəsində təmir işləri aparılıb. 60 telefon dirəyi dəyişdirilib, 360 abonentin abunə xətləri təmir olunaraq yenisi ilə əvəzlənib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...