PDF Oxu

İqtisadiyyat

  • 30

Bu il İsmayıllıda bol kartof yetişdirilib

Bu il İsmayıllıda bol kartof yetişdirilib

İsmayıllı rayonunda cari ildə bol kartof yetişdirilib və hazırda məhsul yığımı davam edir.Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu mövsümdə bölgədə 894 hektar sahədə kartof əkilib. Əkin sahələri ötən ildəkindən 109 hektar çoxdur. Hazırda sahələrdən yaxşı məhsul götürülür. Artıq 450 hektarda yığım başa çatıb, 4000 tondan çox kartof yığılıb.Torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulu vaxtında və itkisiz toplamaq üçün ciddi səy göstərirlər.

AZƏRTAC

Digər xəbərlər