PDF Oxu

İqtisadiyyat

  • 39

“Neft Daşları”nda yeni quyu istismara verilib

“Neft Daşları”nda yeni quyu istismara verilib

"Neft Daşları" yatağındakı 1954A nömrəli estakadayanı meydançadan 2682 nömrəli quyu qazmadan sonra istismara verilib. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1205-1187 metr intervaldan sutkalıq 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə qazılıb.

sia.az

Digər xəbərlər