PDF Oxu

İqtisadiyyat

  • 37

“Şirvan” Regional Elektrik Şəbəkəsində təmir işləri davam etdirilir

“Şirvan” Regional Elektrik Şəbəkəsində təmir işləri davam etdirilir

"Şirvan" Regional Elektrik Şəbəkəsinin (REŞ) xidməti ərazisində keyfiyyətli elektrik enerji təchizatının təminatı məqsədilə 330 kilovoltluq (kV) 3-cü "Şirvan" hava xəttinin (HX) 8 kilometri əsaslı təmir edilib, 300-dən artıq izolyator yenisi ilə əvəz olunub."Azərenerji" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 330 kilovoltluq "Cənub" və 3-cü "İmişli" HX-lərdə və müəssisənin balans mənsubiyyətinə aid olan 220 kilovoltluq elektrik verilişi xətlərində də təmir işləri görülüb. Müxtəlif təyinatlı təmir işləri 110 kilovoltluq HX-lərdə də aparılıb. Belə ki, 110 kilovoltluq 1-ci "Qazıməmməd" hava xəttinin 6 kilometri əsaslı təmir edilib, 180 ədəd izolyator isə yenisi ilə əvəzlənib. Bununla yanaşı, 3-cü "Sabirabad" HX-nin "Muğan-1" budaqlanmasında 1,5 kilometr xətt əsaslı təmir edilib, iki ədəd xətt armaturu quraşdırılıb və 80-dən artıq izolyator dəyişdirilib.Ümumiyyətlə, müəssisənin balans mənsubiyyətinə aid gərginliyi 110 kilovoltluq HX-lərin 42 kilometrə yaxın xətti əsaslı təmir edilib, 1350-dən artıq izolyator yenisi ilə əvəz olunub və 20-dən çox xətt armaturu quraşdırılıb.

AZƏRTAC

Digər xəbərlər