"Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilən tarixi görüşü üç ölkə arasında yeni əməkdaşlıq formatının əsasını qoydu". BunuSİA-ya açıqlamasında Bakı sammiti barədə fikirlərini bildirən iqtisadçı, millət vəkili Əli Mənsimli deyib.Onun sözlərinə görə, görüşdə üç ölkə arasında müxtəlif, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirlməsi və dərinləşdirlməsi ilə bağlı prinsipial razılıq əldə olundu və bəyannamə imzalandı: "Həmin bəyannamədə nəzərdə tutulanların qarşılıqlı faydalı və dolğun şəkildə həyata keçirilməsi regional əməkdaşlığa, regionumuzda sulh və sabitliyin qorunması ilə yanaşı, iqtisadi əməkdaşlığın, deməli, iqtisadi inkişafın da sürətlənməsinə yeni təkan verəcək. Siyasi dialoqun fəallaşması, iqtisadi əlaqələri də möhkəmləndirəcək, ticari-iqtisadi, nəqliyyat və energetika sahələrində nəticələri daha da yaxşılaşdıracaq. Bu yeni format üçtərəfli əməkdaşlıq çərçivəsində yaxşı potensiala malikdir və qarşılıqlı regional fəaliyyətin səmərəliliyinin artmasına xidmət edir.Bu, bizim regionda təhlükəsizlik sisteminin möhkəmlənməsinə şərait yaratmaqla, həm də ölkələrimizin iqtisadi inkişafına öz töhfəsini verəcək. Bu baxımdan Azərbaycan, İran, Rusiya formatının qarşılıqlı faydalı və dolğun şəkildə gerçəkləşdirilməsi həmin ölkələri yeni inkişaf mərhələsinə daşıya bilər".Millət vəkilinin fikrincə, perspektivdə energetika ilə yanaşı üçtərəfli ticari-iqtisadi əlaqələrin şaxələndirilməsi, başqa sahələrdə - maşınqayırma, yüksək texnologiyalar sahələrində, Xəzərdə daha geniş aspektdə yeni layihələrin həyata keçirilməsinə imkan verəcək: "Bu əməkdaşlıq modeli Azərbaycan mallarının Rusiyada satışının genişlənməsinə də şərait yaradacaq. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Iran və Azərbaycan dəmir yollarının birləşdirilməsi kommunikasiya sisteminində yeni situasiya yaradacaq, Azərbaycanın tranzit potensialından daha dolğun şəkildə istifadə edilməsi üçün yeni perspektivlər açacaq. Üç ölkənin yeni əməkdaşlıq formatı ölkələrimizin biznes dairələri arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinə və qarşılıqlı investisiyaların da artmasına təkan verəcək".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...