Bu ilin iyulunda "Şahdağ" elektrik stansiyasında (ES) 26 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Cari ilin 7 ayı ərzində isə stansiyada elektrik enerjisi istehsalı 178,7 milyon kilovat-saatdan çox olub."Azərenerji" ASC-nin mətbuat xidmətinin məlumatında deyilir ki, ötən dövrdə elektrik stansiyasında aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmət qrafikə uyğun olaraq vaxtında göstərilib. Cari ilin 7 ayında da elektrik enerjisi istehsalında problem yaranmayıb, stansiyanın digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.Stansiyada mövsümə hazırlıq məqsədilə tədbirlər planına uyğun enerji bloklarında müxtəlif təyinatlı təmir işləri aparılır. Eyni zamanda, digər elektrik avadanlığında da profilaktik təmir işləri icra edilir. Stansiyada mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzində saxlanılır.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...