PDF Oxu

İqtisadiyyat

  • 777

İlham Şaban: “Bahalaşma Azərbaycanın idxalı azalda bilməməsi ilə bağlıdır”

İlham Şaban: “Bahalaşma Azərbaycanın idxalı azalda bilməməsi ilə bağlıdır”

Dünya bazarlarında neftin ucuzlaşması dolların məzənnəsinin yüksəlməsinə, milli valyutuların isə dəyərdən düşməsinə səbəb olub. Bu proses hələ ki, davam etməkdədir. İqtisadçı ekspert İlham Şaban SİA-ya açıqlamasında manatın ucuzlaşması fonunda ərzaq məhsullarının qiymətinin artma ehtimalına və nə kimi qabaqlayıcı tədbirlərin görülə bilməsinə münasibət bildirib.Onun sözlərinə görə, neftin dünya bazarlarında kəskin ucuzlaşmasından sonra Azərbaycanın bu sahədən gələn gəlirləri də kifayət qədər azalır: "2014-cü ildə Azərbaycan neft və qaz satışından 15.7 milyard dollar, 2015-də 7 milyard qazanıb. Bu il isə proqnoz 4 milyard dollardan bir qədər artıqdır. Yəni fakt budur ki, neftin dünya bazarlarında kəskin ucuzlaşmasından sonra ölkənin bu sahədən gələn gəlirləri də kifayət qədər azalır. Neft və qaz isə ümumi ixracın 90% ətrafında gəlirləri deməkdir. Ona görə də manatın, bank sistemimizin qeyri-stabilliyi əslində bu gəlirlərin azalması ilə yaranmış təlatümün nəticəsidir".Ekspertin qənaətincə, malların bazarda bahalaşmaya meyllilik dərəcəsinin gündəmdə olması Azərbaycanın idxalı azalda bilməməsi ilə bağlıdır:"Nə 2015-ci ildə, nə də cari ildə idxal hələ ki, azalmayıb. Bu o deməkdir ki, qazanılan valyuta xaricdən alınan mal və xidmətlərin ödənilməsinə sərf edilir. Manatın dəyərdən yavaş-yavaş düşməsi isə yerli bazarda məhsulların qiymətində də öz əksini tapır. Bu proses o zamana qədər davam edəcək ki, yerli istehsalda həqiqətən dönüş yaratmağa nail olunacaq və insanlar daha çox istehlak etdiyi malların istehsalında maraqlı olacaq".

sia.az

Digər xəbərlər