Sumqayıtda neft-kimya və metallurgiya sənayesinin yeni müasir texnologiya əsasında inkişafı, toxuculuq sənayesinin bərpası, istilik-elektrik stansiyasının inşası, yeni sənaye şəhərciyinin salınması, su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, eləcədə sosial məsələlərin həlli istiqamətində ciddi addımlar atılır.Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən bildirilib ki, cari ilin əvvəlindən bu günədək şəhərdə 5132 yeni iş yeri açılıb. İstifadəyə verilən müəssisə və təşkilatlarda 507 nəfərlik, mövcud müəssisələrdə 2757 nəfərlik, fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda 7 nəfərlik, fiziki şəxslərdə 1861 nəfərlik iş yeri qeydə alınıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...