Qərarı Putin verəcək
"Avrasiya İttifaqı hələ ki, vahid valyuta siteminə keçməyə hazır deyil". SİA-nın məlumatına görə, bu fikirləri adıçəkilən təşkilatın iqtisadiyyat və maliyyə siyasəti üzrə kollegiyasının üzvü Timur Süleymanov jurnalistlərlə söhbətində sözügedən məsələyə münasibətini bildirərkən deyib. "Hesab edirəm ki, Avrasiya İttifaqında vahid valyutanın formalaşdırılması növbəti 5 ildə real görünmür", - deyə qeyd edən qurum rəsmisi bildirib ki, burada obyektiv faktorlar mövcuddur: "Lakin bu məsələ ilə bağlı Avrasiya İttifaqına üzv ölkələrin prezidentləri arasında razılaşma əldə edilib, ona görə də biz vahid valyuta zonasının yaradılması ətrafında mümkün variantlar axtarışındayıq".Avrasiya İttifaqının iqtisadiyyat və maliyyə siyasəti üzrə kollegiyasının rəsmisi bildirib ki, rusiyalı ekspertlər, iqtisadiyyatçılar, eləcə də Rusiyanın Mərkəzi bankı bu istiqamətdə işlərə başlayıb və nəticəsini RF prezidenti Vladimir Putinə məruzə edəcəklər."Əgər Rusiya prezidenti ekspertlərin təklif və rəylərini müsbət qiymətləndirərsə, onlar tanışlıq üçün Avrasiya ittifaqının digər üzv ölkələrinin liderlərinə də təqdim olunacaq. Məhz veriləcək qərar konsensus şərtilə qəbul edildikdən sonra bəlli olacaq ki, Avrasiya ittifaqının vahid valyutası olacaq, ya yox", - deyə Timur Süleymanov vurğulayıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...