PDF Oxu

İqtisadiyyat

  • 22

"Şimal-Cənub dəhlizi üçün İran rekonstruksiya işləri aparmalıdır" AÇIQLAMA

"Şimal-Cənub dəhlizi üçün İran rekonstruksiya işləri aparmalıdır" AÇIQLAMA

"Hazırda İran tərəfindən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı işlərin sürətləndirilməsi üçün ayrılan maliyyə Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda baş tutan üçtərəfli formatlı görüşü zamanı əldə edilən razılaşmadan irəli gəlir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.O bildirib ki, hazırda İran tərəfindən ayrılan maliyyə ilkin mərhələ üçün nəzərdə tutulub: "Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilən üçtərəfli görüşü zamanı müzakirə edilən əsas məsələlərdən biri məhz Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisinin sürətləndirilməsi və bu potensialın imkanlarından istifadənin genişləndirilməsi idi. Bu məsələ ilə bağlı Azərbaycanla İran arasında saziş də imzalanıb. Sazişə görə Rəşt dəmiryolunun çəkilişində Azərbaycan 50 faizlik payı öz üzərinə götürüb. Həmin görüş zamanı İran-Azərbaycan arasında dəmiryolunun birləşdirilməsi məsələsi faktiki olaraq razılaşdırıldı. Bu baxımdan İran tərəfindən ilkin ayrılan vəsait hansısa formada çatmaya bilər və qonşu ölkə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün yenidən vəsait ayırmalıdır".İqtisadçı ekspert əlavə edib ki, Bakıda əldə edilən razılaşmaya görə, İran ərazisində müəyyən rekonstruksiya işləri də aparılmalıdır.

sia.az

Digər xəbərlər