Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi-Refendumla əlaqədar Uzunmüddətli Müşahidə ilə bağlı ilkin hesabatını ictimaiyyətə təqdim edib. SİA-nın xəbərinə görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edən AVCIYA-nın vitse-prezidenti Elçin Salmanov bildirib ki, təmsil etdiyi qurum iyunun 26-dan başlayaraq MSK-ya müraciətləri, referendum prosesi ilə bağlı qanun pozuntuları, qanunverici baza, seçki ərəfəsində ölkədəki siyasi mühiti araşdırır, MSK, DSK, MnSK-ların fəaliyyəti, təşviqat kampaniyası və referendum günü monitorinqin təşkili kimi geniş miqyaslı fəaliyyət göstərir.
AVCİYA-nın vitse-prezidenti qeyd edib ki, qurum seçkilərdə müşahidəçi kimi iştirak etmək üçün MSK-ya müraciət edib: "MSK tərəfindən müşahidəçi kimi təsdiq edildikdən sonra assosiasiya seçkilərdə 62 dairə üzrə 3000 müşahidəçi ilə iştirak edəcək".Hesabat haqqında məlumat verən AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı söyləyib ki, ilkin hesabat 26 iyul-26 avqust 2016-cı il tarixini əhatə edir. Onun sözlərinə görə, sentyabrın 26-da keçiriləcək referendumla bağlı aralıq hesabat sentyabrın 20-də ictimaiyyətə təqdim ediləcək: "Referendum günü müşahidə və referendumun nəticələri ilə bağlı ilkin münasibət sentyabrın 27-də, yekun hesabat isə oktyabrın 10-na kimi açıqlanacaq. Seçki günü bizim əsas iki sualımız olacaq, seçici aktivliyi necədir və qanun pozuntusu aşkarlanıbmı? Bu suallara cavablar əsasında hesabat hazırlanacaq. Həmin hesabat 3 dilə tərcümə olunaraq beynəlxalq təşkilatlara göndəriləcək".M.Zülfüqarlı söyləyib ki, seçkilərə bağlı təbliğat-təşviqat kampaniyası sentyabrın 3-dən başlayacaq: "Hazırda 3 təşəbbüs qrupu MSK-da qeydiyyatdan keçib. 2009-cu ildə bu göstərici 9 idi. AVCİYA 13 KİV-də referendumla bağlı yayılan məlumatların monitorinqini keçirib ki, onlar arasında müxalifət mətbuatı da olub. Heç bir mətbuat orqanında seçkilərlə bağlı mənfi məlumat yer almayıb. Bu, ölkədə demokratik mühitin göstəricisidir. KİV-lərdə aparılan monitorinqlər davamlı olacaq. Assosiasiya həmçinin seçkilərlə bağlı rayonlarda tədbirlər keçirir. Artıq 3 rayonda belə tədbirlər həyata keçirilib".Tədbir sual-cavab əsasında davam edib.Qeyd edək ki, assosiasiya həmçinin "Azərbaycanda 2016-cı il referendumu ilə bağlı hüquqi çərçivənin müqayisəli təhlili" adlı kitabça nəşr edib. Kitabçada Referendumda Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin Fransa, Niderland, Norveçin qanunvericiliyi ilə müqayisəsi verilib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...